Çin hökuməti yeni ixrac qaydaları sistemi hazırlayır
Çin hökuməti ABŞ-la “tarif müharibəsi” kontekstində qlobal avtomobil, yarımkeçirici və aerokosmik sənayelərə mənfi təsir göstərə biləcək bəzi nadir torpaq metalları və maqnitlərin ixracını dayandırmaq qərarına gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə “New York Times” (NYT) məlumat yayıb.
Nəşr yazıb ki, Çin hökuməti bu müddət ərzində avtomobillərin, dronların və raketlərin yığılması üçün lazım olan maqnit və ağır nadir torpaq metallarının bir çox limanlarından daşınmalarını dayandıraraq yeni ixrac qaydaları sistemi hazırlayır.
NYT-nin məlumatına görə, görülən tədbirlər bəzi şirkətlərin, o cümlədən amerikalı hərbi podratçıların istehsal fəaliyyətinə, Yaponiya və Almaniyaya tədarüklərə ciddi təsir göstərə bilər.
Nəşr qeyd edib ki, nadir torpaq maqnitlərinin tədarükü Çinin ümumi ixracının kiçik bir hissəsini təşkil edir və buna görə də ölkəyə ciddi iqtisadi ziyan vurmayacaq. Lakin bunun ABŞ və digər ölkələr üçün ciddi nəticələri ola bilər.