Çimərlik güləşi üzrə Azərbaycan çempionatı başlayıb

İdman

06.05.2022 - 06:24

Həkimlər Klinikalar SEO Xidməti

Çempionatın ilk günündə 100-dən artıq idmançı mübarizə aparıb

Çimərlik güləşi üzrə U-17, U-20 və böyüklər arasında ilk Azərbaycan çempionatı start götürüb.

AYNA xəbər verir ki, ilk yarış günündə U-17 və U-20 yaş qrupunda ümumilikdə 8 çəki üzrə mükafatçılar müəyyənləşib.

Avropa Oyunları Parkında keçirilən çempionatın ilk günündə 100-dən artıq idmançı mübarizə aparıb.

İlk üç yeri U-17 üzrə güləşçilər Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq), Anar Cəfərli (80 kq), U-20 - Rübail İbrahimli (70 kq), Fərid Yusifov (80 kq), Fuad Yunusov (90 kq), Zəfər Əliyev (+90 kq) tutublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş