Çilidə zəlzələ olub

Xəbərlər

01.05.2024 - 07:26

Çilinin şimalındakı Antofaqasta əyalətində 5 maqnitualı zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Xidmətin verilənlərinə görə, yeraltı təkanların ocağı 101 km dərinlikdə yerləşib. Yerli vaxtla saat 21:24-də (Bakı vaxtı ilə 05:24) qeydə alınmış zəlzələnin episentri sözügedən əyalətin Olyaqüe qəsəbəsindən 82 km aralıda yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Müəllif: Ayna.az