Çilidə 5,5 bal gücündə zəlzələ olub

Dünya

24.04.2025 - 11:32

Həkimlər Klinikalar SEO Xidməti

Zəlzələnin episentri Ovalle şəhərindən 47 kilometr qərbdə olub

Çilinin şimal hissəsində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Məlumata əsasən, cümə axşamı Bakı vaxtı ilə saat 07:20-də qeydə alınan zəlzələnin episentri Ovalle şəhərindən 47 kilometr qərbdə olub.

Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “çox güclü” kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,1 bal qiymətləndirib. Bildirilib ki, yeraltı təkanların episentri Sakit okeanın Ovalle şəhərindən 66 km cənub-qərbdə, ocağı isə 27 km dərinlikdə yerləşib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş