CHP-nin İstanbul ofisinə silahlı basqın edilib

Dünya

06.04.2023 - 13:42

cedabet dərman SEO Xidməti

Canan Kaftancıoğlu “Twitter“dəki paylaşımında məlumatı təsdiqləyib

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul ofisinə silahlı basqın olub. AYNA xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb. Qeyd edilib ki, hücumun kimlər tərəfindən törədildiyi hələ ki, məlum deyil.

CHP-nin İstanbul ofisinin rəhbəri Canan Kaftancıoğlu “Twitter“dəki paylaşımında məlumatı təsdiqləyib.

“Bugün saat 05.00-da CHP İstanbul ofisinə qarşı təşkil edildiyi düşünülən silahlı basqın həyata keçirilib”, - deyə o qeyd edib.

Hüquq-mühafizə orqanlarının araşdırma apardığı qeyd edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş