Ceyran ovlayan brakonyer polisə təhvil verilib

Xəbərlər

28.07.2022 - 14:32

Həkimlər Klinikalar SEO Xidməti

Digər brakonyerin tapılması məqsədilə polisə müraciət olunub

Şirvan Milli Parkının əməkdaşları gecə saat 01:05 radələrində milli parkın 3 saylı postunun yaxınlığında ceyran ovlayan brakonyerlərin olduğunu aşkarlayıblar. Brakonyerlərdən biri saxlanılıb, digəri isə parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ərazidən qaçıb.

AYNA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

A.Babayeva edib ki, araşdırma zamanı saxlanılan brakonyerin Salyan rayon Parçaxalac kənd sakini Rəşad Sultanov olduğu müəyyən edilib, faktla bağlı müvafiq sənədləşmə işləri aparılıb.

Xidmət rəsmisinin sözlərinə görə, saxlanılan brakonyer Milli Parkın əməkdaşları tərəfindən Salyan rayon Polis Şöbəsinə təhvil verilib, digər brakonyerin tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə rayon polis şöbəsinə müraciət olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş