Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, görüşdə tərəflər Azərbaycan - Slovakiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi ətrafında müzakirələr aparıb, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi ediblər.