Ceyhun Bayramov Kahramanmaraşda səfərdədir - FOTOLAR

Xəbərlər

11.02.2023 - 13:44

cedabet dərman SEO Xidməti

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları davam etdirilir

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə gedib.

AYNA-nın APA-ya istinadən məlumatına görə, nazir artıq Kahramanmaraş şəhərinə çatıb.

Səfər çərçivəsində, C.Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.

Həmçinin, nazir Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyini (AFAD), Kahramanmaraşın mərkəzində fəaliyyət göstərən azərbaycanlı axtarış-xilasetmə qrupunu, Azərbaycanın səhra hospitalını və axtarma-xilasetmə yerlərini ziyarət edəcək.

Ceyhun Bayramov Kahramanmaraşda səfərdədir - Ceyhun Bayramov Kahramanmaraşda səfərdədir - Ceyhun Bayramov Kahramanmaraşda səfərdədir -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş