Ceyhun Bayramov İstanbulda baş verən partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib

Xəbərlər

14.11.2022 - 00:08

cedabet dərman SEO Xidməti

XİN başçısı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib.

AYNA xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov rəsmi tviter səhifəsində bununla bağlı paylaşım edib.

Paylaşımda deyilir: “İstanbul şəhərində İstiqlal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində həyatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı verir, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş