Ceyhun Bayramov Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb

Xəbərlər

08.04.2025 - 10:42

Həkimlər Klinikalar SEO Xidməti

Nazir BƏƏ XİN rəhbəri ilə regionda sülh səylərini müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə nazir “X” sosial media hesabında paylaşım edib.

Nazir görüş zamanı iki ölkə arasında geniş spektrli sahələr üzrə mövcud olan ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi perspektivlərinin müzakirə olunduğunu bildirib.

“Münasibətlərimiz möhkəm siyasi dialoqa təkan verən və iqtisadiyyat, ticarət, investisiyalar, eləcə də enerji təhlükəsizliyi kimi əsas sektorlarda mənalı əməkdaşlığa imkan verən ümumi dəyərlərə müştərək öhdəliyə söykənir. Biz həmçinin münaqişədən sonra yenidənqurma, minalardan təmizləmə təşəbbüsləri və regionda davam edən sülh səylərinə xüsusi diqqət yetirməklə regional məsələlərə toxunduq”, – Bayramov vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş