Çexiyada restoranda partlayış olub, 6 nəfər ölüb

Dünya

12.01.2025 - 21:53

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində səkkiz nəfər yaralanıb

Çexiyanın şimal-qərbindəki Most şəhərindəki restoranda baş vermiş partlayış nəticəsində azı altı nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində səkkiz nəfər yaralanıb.

Səlahiyyətlilər həmçinin yaxınlıqdakı binalardan 30-a yaxın insanı təxliyə ediblər.

Müəllif: Ayna.az