Çexiya Ukraynaya silah və hərbi texnika göndərib

Dünya

09.04.2022 - 05:14

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik rəsmisi: "Ukraynanı portativ zenit-raket kompleksləri ilə təmin edilib"

Çexiya Ukraynaya silah və hərbi texnika göndərib. AYNA xəbər verir ki, bu barədə “Reuters” Çexiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Ukraynaya 5 ədəd T-72 tankı, 5 ədəd BMP-1 piyada döyüş maşını, o cümlədən haubitsa və çoxsaylı reaktiv yaylım atəşi sistemləri gəlib”, - Çexiya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.

Rəsmi əlavə edib ki, Çexiya, həmçinin Ukraynanı portativ zenit-raket kompleksləri ilə təmin edib. Üstəlik, Çexiya zədələnmiş Ukrayna avadanlıqlarını təmir etməyə hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş