Prezident kütləvi tədbirlərdə hərbi silahların olmamasını təmin etməyi xahiş edib
Ukrayna Prezidento Volodimir Zelenski Çerniqovda silah sərgisində baş vermiş faciəvi insidentdə iştirak edən iki nəfərin həbs edildiyini açıqlayıb. AYNA UNİAN-a istinadən bildirir ki, Prezident bu barədə videomüraciətində bildirib.
"Bu gün mənə məlumat daxil olub ki, cinayət törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Onların Çerniqovda baş vermiş faciəli hadisədə bilavasitə əli olub. Hərbi silahların kütləvi şəhər tədbirinə aparılmasına göstəriş verən şəxslərdir ki, onlar uşağın silah aparmasına icazə veriblər”, - Zelenski söyləyib.
Prezident yerli hakimiyyət orqanlarından və hüquq-mühafizə orqanlarından kütləvi tədbirlərdə hərbi silahların və digər təhlükəli vasitələrin olmamasını təmin etməyi xahiş edib: "İnsanların həyatının təhlükəsizliyini təmin etmək hər kəsin ümumi məsuliyyəti və vəzifəsidir".
Qeyd edək ki, sentyabrın 3-də Çerniqovda keçirilən silah sərgisində ərazi müdafiəsinin hərbçiləri mülki əhaliyə silah və sursat nümayiş etdiriblər. Nümayiş zamanı döyüş sursatlarından biri partladılıb. Beş nəfər, o cümlədən 2-12 yaş arası dörd uşaq yaralanıb. Şəhər Şurasının Mətbuat Xidmətinin açıqlamasında bildirilib ki, ilkin məlumata görə, tank əleyhinə mərmi partladılıb və o, şəxsi evlərdən birinin damına düşüb.
Eyni zamanda, yerli KİV-lər sərgiyə gələn oğlanın onu götürdüyü zaman tank əleyhinə qumbaraatandan atəş açdığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları silahla davranış qaydalarının pozulması faktı üzrə (Ukrayna Cinayət Məcəlləsinin 414-cü maddəsinin 2-ci hissəsi) cinayət işi açıblar.