Yoon Suk-yeol seçkilərdə qalib gəlib
Cənubi Koreyada aparıcı müxalifət Vətəndaş Qüvvələr Partiyasından olan prezidentliyə namizəd Yoon Suk-yeol seçkilərdə qalib gəlib.
AYNA xarici mediaya istinadən bildirir ki, onun əsas rəqibi hakim Toburo Demokratik Partiyasından olan Li Jae-myunq məğlubiyyətini etiraf edib.
Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 98 faizi hesablanıb.
Seçicilərin 48,5 faizi Yoon Suk-yeola, 47,8 faizi Li Jae-myunqa səs verib.