Ətraf mühiti zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar

Xəbərlər

16.11.2024 - 20:31

Həkimlər Klinikalar SEO Xidməti

Antisanitar vəziyyət yaradılmasına görə 5 nəfər barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə rayon ərazisində növbəti profilaktik tədbir keçiriblər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, tədbir zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 5 nəfər barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib.

Sözügedən ərazilərdəki antisanitar vəziyyət polis və aidiyyəti dövlət qurumu tərəfindən aradan qaldırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş