Cəlilabadda 9 yaşlı uşağı avtomobil vurub

Hadisə

16.02.2024 - 23:55

Azyaşlını sürücü rayon xəstəxanasına çatdırıb

Cəlilabad rayonunda 9 yaşlı uşağı avtomobil vurub. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, N. Ağayev idarə etdiyi "Honda" markalı minik avtomobili ilə rayon sakini, 2015-ci il təvəllüdlü Z. Abbasovanı vurub.

Müxtəlif bədən xəsarətləri alan azyaşlını sürücü rayon xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az