Cəlilabadda 20 yaşlı qız itkin düşüb

Xəbərlər

21.11.2021 - 11:54

Həkimlər Klinikalar SEO Xidməti

Mirzəyeva bazardan naməlum istiqamətə gedib və qayıtmayıb

Cəlilabad rayonunun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva noyabrın 6-da saat 13:00 radələrində Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Zəkirə Mirzəyevanın əlamətləri bunlardır: Boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. İtkin düşən zaman üzərində boz rəngli gödəkçə və cins şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş