Çaylarda sululuq artıb

Xəbərlər

22.04.2025 - 13:06

Həkimlər Klinikalar SEO Xidməti

Çaylarda müşahidə olunan hidroloji vəziyyət açıqlanıb

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, avtomat hidroloji stansiyaların aprelin 22-si saat 9:00-a olan məlumatına əsasən ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb.

Böyük Qafqaz ərazisindən axan Vəlvələçay-Afurcada 21 sm, Katexçay-Qəbizdərədə 11 sm, Qudiyalçay-Qımılda 10 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 14 sm,Tərtərçay-Kəlbəcərdə 13 sm, Bərgüşadçay-Əliquluuşağıda 11 sm, Oxçuçay-Bürünlüdə 8 sm, Zabuxçay-Bozlu və Tutqunçay-Comərddə 4 sm artım qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş