Türkiyə XİN başçısı Bakının azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunmasının 104-cü ildönümü ilə bağlı "Twitter"də paylaşım edib.
AYNA-nın xəbərinə görə, paylaşımda deyilir: “Bakının işğaldan azad edilməsinin 104-cü ildönümünü təbrik edir, qəhrəman şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edirik. Türkiyə və Azərbaycan daima tək səs, tək ürək!”.