Buzovnada hərəkət qismən məhdudlaşdırılacaq

Xəbərlər

02.05.2024 - 15:09

Sürücülərdən yolda hərəkətdə olarkən diqqətli olmaları xahiş edilir

Bakının Buzovna qəsəbəsində hərəkət qismən məhdudlaşdırılacaq. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, 3 may saat 00:00-dan səhər saat 06:00-dək Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 11-ci km-də (Buzovna qəsəbəsi ərazisində “Rahat” marketin qarşısı) yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Müəllif: Ayna.az