Buzovnada əl qumbarası və mərmi aşkarlanıb

Xəbərlər

26.10.2023 - 11:16

cedabet dərman SEO Xidməti

Ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib

Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı bir ədəd “F-1” əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 58 ədəd 7,62x39 mm-lik və 25 ədəd 7,62x54 mm-lik mərmi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş