Büdcə zərfi Milli Məclisdə ikinci oxunuşdan keçib

İqtisadiyyat

21.11.2023 - 14:26

2024-cü ilin dövlət büdcəsi zərfi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub

Milli Məclisin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsi zərfi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

AYNA xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən olunur.

Müəllif: Ayna.az