Xarici valyutalar rəsmən ucuzlaşıb

İqtisadiyyat

12.07.2019 - 10:28

Mərkəzi Bank bu günə olan rəsmi məzənnələri elan edib

 

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. AYNA xəbər verir ki, 12.07.19 tarixində ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

 

Bundan fərqli olaraq, avro 1,9162 manata, türk lirəsi 0,2989 manata enib, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0270 manat səviyyəsində qalıb.

Müəllif: Ayna.az