20-21 martda peyvənd məntəqələrində qeyri-iş günü olacaq
Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
Səhiyyə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, əhalinin davamlı olaraq vaksinasiyasını təmin etmək üçün peyvənd məntəqələri fəaliyyət göstərəcək: “Yalnız 20-21 mart tarixlərində peyvənd məntəqələrində qeyri-iş günü olacaq”.