Bu ixtisas qrupları üzrə qəbul imtahanları eyni gündə keçiriləcək

Xəbərlər

14.07.2022 - 16:09

Həkimlər Klinikalar SEO Xidməti

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 20 və 21 iyul tarixlərində keçirilməsi nəzərdə tutulan I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları qeydiyyatdan keçmiş abituriyentlərin sayı nəzərə alınaraq yalnız bir gündə - iyulun 21-də təşkil olunacaq.

DİM-dən AYNA-ya verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda keçiriləcək.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Məlumat üçün qeyd edək ki, imtahanlar saat 10:00-da başlanacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş