Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub
Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 67 min 584 müraciət daxil olub.
BŞTİ-dən AYNA-ya bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 7 min 248 zəng qəbul edilib. Həmçinin BŞTİ-nin 146-0 Çağrı Mərkəzinə 36 min 663 zəng daxil olub. 17 min 455 sənəd (vətəndaşlar tərəfindən 5 min 697 ərizə, Təhsil Nazirliyindən 2 min 90, digər qurumlardan 2 min 60, məktəblərdən 4 min 673 məktub, 641 strukturdaxili yazışma və 2 min 294 kadr ərizəsi) qəbul olunub. Həmçinin 5 min 311 elektron müraciətə baxılıb.
Xüsusi karantin rejimi dövrünün tələblərinə uyğun olaraq, BŞTİ tərəfindən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçirilib. Videoqəbulda iştirak edən 907 vətəndaşın müraciəti idarənin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.