Bu il 54 mindən çox şəxsə əlillik təyin edilib

Xəbərlər

14.12.2022 - 18:05

cedabet dərman SEO Xidməti

18,4 min nəfərə ilkin, 35,8 minə isə təkrar əlillik təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-noyabr ayları ərzində 54,2 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən AYNA-ya verilən məlumata görə, onlardan 18,4 mininə ilkin, 35,8 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyin edildikdən sonra əlilliyə görə müvafiq sosial ödənişlərin təyinatı da e-sistem üzərindən proaktiv qaydada aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş