Müddətli müqavilə ilə vakansiya seçimlərində 2 min 351 nəfər uğur qazanıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələrinə əsasən 4 min 368 nəfər müddətsiz müqavilə əsasında işlə təmin olunub. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, müddətli müqavilə ilə vakansiya seçimlərində 2 351 nəfər uğur qazanıb.
“Bu günə qədər əlavə yerləşdirmə mərhələsi üzrə isə 1 022 nəfər müddətli müqavilə əsasında işləmək imkanı əldə edib”, - deyə qeyd olunub.