Bu gündən birinci sinfə qeydiyyat başlanılır

Cəmiyyət

04.05.2022 - 07:58

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq

Bu gündən birinci sinfə qeydiyyat prosesi başlanılır. AYNA Təhsil Nazirliyinə istinadən xəbər verir ki, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq. Həmin tarixdən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.

Müəllif: Ayna.az