“Donetsk, Luqansk və Zaporojye vilayətlərində də humanitar dəhliz razılaşdırılıb”
Aprelin 14-də mülki şəxslərin təxliyəsi üçün Ukraynada 9 humanitar dəhliz açılıb. Əhalinin təxliyəsi üç vilayətdə həyatda keçiriləcək.
AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib.
“Aprelin 14-də Donetsk, Luqansk və Zaporojye vilayətlərində də humanitar dəhliz razılaşdırılıb”, - deyə Vereşçuk qeyd edib.