Bu gün ilk Qədr gecəsidir

Xəbərlər

28.03.2024 - 11:59

Martın 30-u və aprelin 1-də Qədr gecələri olacaq

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. AYNA xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gecə ilk Qədr gecəsi başlayacaq: “Bundan əlavə, martın 30-u və aprelin 1-də Qədr gecələri olacaq. Aprelin 5-də isə vəhdət üçün sonuncu Qədr gecəsi olacaq”.

Müəllif: Ayna.az