Bu gecə ilk Qədr gecəsidir

Xəbərlər

09.04.2023 - 11:57

cedabet dərman SEO Xidməti

İlk Qədr gecəsi aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir

Bu gecə Azərbaycanda ramazan ayının ilk Qədr (əhya) gecəsidir. AYNA xəbər verir ki, ilk Qədr gecəsi ramazan ayının 18-dən 19-na, yəni aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş