Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 44 917 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 9 889 926 nəfərə çatıb.
AYNA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 45 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 143 972 nəfərə çatıb.