Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 54 661 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 10 873 468 nəfərə çatıb.
AYNA-nın məlumatına görə, bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 38 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 146 477 nəfərə çatıb.