Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 96 871 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 16 245 474 nəfərə çatıb.
AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 338 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 155 040 nəfərə çatıb.