Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 46 807 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 9 721 916 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 199 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 143 559 nəfərə çatıb.