Britaniyada "omikron"un yeni alt növü aşkarlanıb

Dünya

22.01.2022 - 04:28

Ümumilikdə bu ştamm 40 ölkədə müşahidə olunub

Böyük Britaniyanın tibb orqanları ölkədə ilkin təhlillərə görə daha da sürətlə yayılan BA.2 - koronavirusunun "omikron" ştammının yeni alt növünü müəyyən ediblər.

AYNA xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Krallıq Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA).

İndiyədək ölkədə yeni ştamla 426 yoluxma halı qeydə alınıb, onlardan 146-sı Londonda, daha 97-si isə Cənub-Şərqi İngiltərə bölgəsindədir. Qeyd olunur ki, BA.2 növünə ilk yoluxma 2021-ci il dekabrın 6-da Böyük Britaniyada qeydə alınıb.

Məlumata görə, ümumilikdə bu ştamm 40 ölkədə müşahidə olunub və dünyada ona yoluxma hallarının ümumi sayı 8 mini ötüb, bununla belə virusun mənşəyini və ilk yoluxma yerini müəyyənləşdirmək hələlik mümkün deyil.

Müəllif: Ayna.az