Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Böyük Britaniayda son sutka ərzində 90 nəfər "omikron" ştamına yoluxub. AYNA-nın məlumatına görə, bununla da ümumilikdə Britaniyada "omikron" ştamına yoluxanların sayı 336 nəfərə çatıb.
Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi son yoluxmaların 64-nün İngiltərədə, 23-nün Şotlandiyada, 3-nün isə Uelsdə aşkarlandığını bildirib.
Qeyd edilib ki, Şimali İrlandiyada indiyədək "omikron"a yoluxma hadisəsi qeydə alınmayıb.
Mütəxəssislər, həmçinin, "omikron"un Delta variantından daha tez yayıldığına dair öz narahatlıqlarını vurğulayıblar.