Britaniyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Böyük Britaniyada son sutka ərzində 94 326 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 16 047 716 nəfərə çatıb.
AYNA-nın məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 439 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 154 356 nəfərə çatıb.