Britaniyada koronavirusla bağlı son vəziyyət
Böyük Britaniyada son sutka ərzində 89 176 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 16 333 980 nəfərə çatıb.
AYNA-nın verdiyi məlumata görə, bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 277 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 155 317 nəfərə çatıb.