Britaniya Ukraynada hərbi bazaların yerləşdirilməsi variantlarını araşdırır

Dünya

17.01.2025 - 12:31

Həkimlər Klinikalar SEO Xidməti

“Yüzillik tərəfdaşlıq” haqqında sazişə əlavə olan bəyannamədə baza variantları göstərilib

Böyük Britaniya Ukrayna ərazisində müdafiə infrastrukturunun, o cümlədən hərbi bazaların yerləşdirilməsi və saxlanması variantlarını araşdırır. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” Ukrayna ilə “yüzillik tərəfdaşlıq” haqqında sazişə əlavə olan bəyannaməyə istinadən yazıb.

Agentliyin məlumatına görə, bu, “hərbi bazalar, logistika anbarları və hərbi texnika üçün ehtiyat anbarlar da daxil olmaqla” müdafiə infrastrukturuna aiddir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Keir Starmer Kiyev və London arasında “yüzillik tərəfdaşlıq” haqqında saziş imzalayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş