Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Dünya

08.02.2023 - 15:47

Bir sıra Rusiya şirkətlərinə və Putinin yaxın ətrafına daxil olan şəxslərə qarşı sanksiyalar nəzərdə tutulub

Britaniya hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Rişa Sunakın ofisi məlumat yayıb.

Britaniya tərəfinin məlumatına görə, bir sıra Rusiya şirkətlərinə, həmçinin Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafına daxil olan şəxslərə qarşı sanksiyalar nəzərdə tutulub.

Rəsmi London həmçinin Ukrayna qırıcı təyyarələrin pilotları və dəniz piyadalarının təliminə başlamaq qərarını açıqlayıb.

Müəllif: Ayna.az