Səfir: “Bu, dialoq formatı yaranandan bəri ilk dəfə baş verib”
Böyük Britaniya hökuməti Gürcüstan hakimiyyətinin hərəkətləri səbəbindən nazirlər səviyyəsində Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurmaq və iki ölkənin müdafiə qərargahları arasında danışıqları ləğv etmək qərarına gəlib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın gürcüstandakı səfiri Qarret Uord bildirib.
“Gürcüstan hakimiyyətinin hərəkətlərinə görə 10 ildə ilk dəfə olaraq, biz Britaniya tərəfi nazirlər arasında illik yüksək səviyyəli dialoqu dondurmaq qərarına gəldik. Bu, dialoq formatı yaranandan bəri ilk dəfə baş verib. Biz həmçinin müdafiə qərargahları arasında planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq”, - Uord vurğulayıb.