Pilot ölüb, 4 sərnişin və qəza baş verən yerdəki 3 nəfər yaralanıb
Braziliyada “Cessna Aircraft” biznes-jeti Ubatubadakı Qastao Madeyra hava limanında uçuş-enmə zolağından çıxaraq şəhər çimərliyinə uçub və parkının yaxınlığında partlayıb. AYNA xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı məlumat yayıb.
Qeyd edilib ki, çimərliyə gedənlər də daxil olmaqla 7 nəfər xəsarət alıb.
Təyyarənin göyərtəsində beş nəfər olub. Pilot hadisə nəticəsində ölüb. Təyyarədə olan cütlük və iki uşağı isə xəsarətlərlə xəstəxanaya aparılıb.
Hava limanının operatorunun sözlərinə görə, hadisə zamanı əlverişsiz hava şəraiti müşahidə edilib və uçuş-enmə zolağı nəm olub. Bunun qəzaya səbəb olduğu ehtimal edilir.