BP şirkətində çalışan azərbaycanlıların sayı artıb

İqtisadiyyat

10.02.2023 - 15:07

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir

Ötən ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2377 nəfər olub. AYNA xəbər verir ki, bu barədə BP-dən bildirilib.

Qeyd olunub ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.

Müəllif: Ayna.az