Boliviya məhkəməsi üsyançı generalları həbsxanaya göndərib

Dünya

29.06.2024 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

General Xuan Xose Zuniqa, həmçinin Xuan Arnes və Edison İraole Çonçokoro həbs olunublar

Boliviyada məhkəmə terrorizmdə və silahlı üsyanda ittiham olunan hərbi çevrilişə cəhdin saxlanılan liderlərinə qarşı 6 aylıq həbs cəzası verib. AYNA xəbər verir ki, bu barədə Boliviya televiziyası məlumat yayıb.

Bildirilib ki, general Xuan Xose Zuniqa, həmçinin Xuan Arnes və Edison İraole Çonçokoro həbs olunublar.

Bundan əvvəl Boliviya Prezidenti Luis Arce ölkədəki çevriliş cəhdində əvvəlki hökumətin təqaüdə çıxmış hərbçiləri və mülki şəxslərin və 2019-cu ildə dövlət çevrilişində iştirak edən şəxslərin əli olduğunu bildirmişdi.

Qeyd edək ki, iyunun 27-də Boliviyada dövlət çevrilişinə cəhd olub. Hərbçilər La Paz şəhərində hökumət binalarının yerləşdiyi Plaza Murillo meydanını zəbt ediblər. Ölkənin sabiq Prezidenti Evo Morales çevrilişə general Xuan Xose Zuniqanın rəhbərlik etdiyini bildirib.

Müəllif: Ayna.az