Boksçularımız Dünya Kubokunda finala yüksəliblər

İdman

10.03.2024 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanın iki boksçusu “Adriatik incisi” turnirində finala yüksəlib

Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” turnirində finala yüksəlib.

AYNA xəbər verir ki, komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kiloqram) yarımfinalda kubalı Manuel Sober Ruisə qalib gəlib. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. B.Nəzərov qızıl medal uğrunda görüşdə Hindistan idmançısı Tamta Briyeş ilə qarşılaşacaq.

Zidan Hümbətov (51 kiloqram) isə hindistanlı Juji Rubandan güclü olub. Rəqibindən güclü olan boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, finalda rusiyalı Arseni Jiltsov ilə üz-üzə gələcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş