BMT: “Ukraynada hərbi əməliyyat aclığa gətirib çıxaracaq”

Dünya

17.03.2022 - 08:39

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynada baş verən hadisələr qlobal iqtisadiyyatda təlatümlərə, ərzaq və yanacağın qiymətlərinin artmasına səbəb olacaq. Bu, xüsusilə inkişaf etməkdə olan ölkələrə təsir edəcək.

AYNA xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Cenevrədə dərc olunmuş hesabatında deyilir.

Tədqiqatın müəllifləri diqqəti qlobal iqtisadiyyatın sürətlə pisləşən perspektivinə yönəldirlər. Belə ki, bunun əsasında ərzaq, yanacaq və gübrə qiymətlərinin artımı dayanır.

Qurumun baş katibi Rebeka Qrinspa bildirib ki, Ukraynadakı münaqişə qlobal iqtisadiyyata zərbələr vurur və bu, COVID-19 pandemiyasının yaratdığı tənəzzüldən bərpa qazanclarını təhlükə altına qoyur, dayanıqlı inkişafa gedən yolu bağlayır.

“Qida və yanacaq qiymətlərinin yüksəlməsi inkişaf etməkdə olan ölkələrdə ən həssas insanlara təsir göstərərək, gəlirlərinin ən yüksək hissəsini ərzağa xərcləyən yoxsul ailələrə təzyiq göstərərək, çətinlik və aclığa gətirib çıxaracaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş