BMT Təhlükəsizlik Şurasının sədrlik Rusiyaya keçdi

Dünya

01.07.2024 - 13:27

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyanın sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb

Rusiya iyulun 1-dən bir ay müddətinə BMT Təhlükəsizlik Şurasının sədri olacaq. AYNA xarici mediaya istinadən bildirir ki, BMT-nin daimi strukturuna sədrlik hər ay ölkələrdən birinə verilir.

İyun ayında sədrlik Cənubi Koreyaya həvalə olunmuşdu, avqustda isə Syerra-Leoneyə keçəcək.

Qeyd olunub ki, Rusiyanın sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb. Bu müddət ərzində müzakirə olunacaq əsas mövzular Yaxın Şərq nizamlanması, yeni qlobal “təhlükəsizlik tənliyi” və BMT-nin regional təşkilatlarla – KTMT, MDB və ŞƏT ilə əməkdaşlığı olacaq.

Müəllif: Ayna.az

Marqara

Dünən, 22:18 Xəbərlər