Baş katib: “Etiraf etmək lazımdır ki, bəşəriyyət hələ də bu məqsədlərdən uzaqdır”
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumu (WEF) zamanı dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırıb.
AYNA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, Baş katib deyib ki, BMT hər bir ölkədə monitorinq, erkən aşkarlama, sürətli reaksiya planlarına sərmayə qoymaqla və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) profilini yaratmaqla növbəti pandemiyaya hazırlaşmaq lazımdır: “Hhazırkı COVID-19 pandemiyası ilə ədalətli və bərabər əsaslarla mübarizə aparmaq vacibdir. ÜST strategiya açıqlamışdı ki, 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40 faizi, 2022-ci ilin ortalarına qədər isə 70 faizi peyvəndlənməlidir. Etiraf etmək lazımdır ki, bəşəriyyət hələ də bu məqsədlərdən uzaqdır”.
“Bu, utancvericidir, lakin yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindən yeddi dəfə yüksəkdir. Peyvəndlərin paylanmasında ədalətə ehtiyacımız var”, - Baş katib vurğulayıb.